Əhali əmanətlərini Nikoil Banka etibar edir! | Banco.az

Əhali əmanətlərini Nikoil Banka etibar edir!

NIKOIL | BANK-ın fiziki şəxslər üzrə əmanət portfelinin həcmi 35% artıb!

2015-ci ilin üçüncü rübünün sonuna  NİKOİL | BANK-ın fiziki şəxslərin müddətli əmanətləri üzrə əmanət portfelinin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 34,85% artaraq 210 608 979 AZN təşkil etmişdir. Əhalinin müddətli əmanətlərinin həcmi birinci rübün əvvəlinə 164 776 370 AZN təşkil etmiş, cari il üzrə  artım 45 832 609 AZN olmuşdur.

Müştərilər arasında “Sabit” əmanət məhsuluna daha çox üstünlük verilir.  Bu məhsul üzrə yerləşdirilmiş əmanətlərin sayı 3949, məbləği isə 75 484 754AZN təşkil etmişdir. Bu əmanət növünün əsas üstünlüyü ondan ibarətdir ki, əmanət üzrə faiz dərəcəsini azaltmadan əmanətə əlavələr etmək mümkündür.

NIKOIL | BANK aktiv şəkildə bazarda olan dəyişikliyə reaksiya verir. İlin əvvəlində təqdim olunmuş “Vergisiz | əmanəti”, əmanət üzrə xalis  gəlir əldə etməyə imkan verir, belə ki, əmanət üzrə bütün vergilərin ödənişini Bank öz üzərinə götürür. Qeyd olunan əmanət növü müştərilər arasında yetərincə məşhurluq qazanmışdır. Bu əmanət məhsulu üzrə 27 323 375,80 AZN məbləğində  683 sayda əmanət yerləşdirilmişdir.  

Ən sərfəli kredit üçün müraciət et

Bu nəticələrin əsasını müştərilərin bizə olan inamı təşkil edir. Müştərilərin sayının artması, Bankımızda xidmət səviyyəsinin yaxşılaşdırılması və məhsullarımızın şərtlərinin bazarda cəlbedici olmasının nəticəsidir. Yüksək vəsait bazasının imkanları Bankın kredit proqramlarının dayanıqlı inkişafını təmin edir, NİKOİL | BANK-ın maraq dairəsində olan , kiçik və orta biznes,eyni zamanda, kollektiv və istehlak kreditləşməsinə dəstəyini verir.

Bugün "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Ən sərfəli krediti almaq üçün müraciət et