Depozitlər üzrə faiz dərəcələrini 13%-a qədər artırdı | Banco.az

Depozitlər üzrə faiz dərəcələrini 13%-a qədər artırdı

Rabitəbank  ASC  02.03.2015 –ci il tarixindən əmanətlərinin faiz dərəcələrini 13% - dək artırdı.

2 illik depozitlər üzrə faiz dərəcəsi manatla olan depozitlərdə 13%, ABŞ dollarında olan depozitlərdə 12% -dək artırılmışdır. 1 illik depozitlər üzrə faiz dərəcəsi manat depozitlərində 12,5%, ABŞ dollarında olan depozitlərdə 11,5% təşkil etmişdir.

Müştərilər Rabitəbankda depozitləri 3, 6, 12 və 24ay müddətinə, faizləri əvvəlcədən, aylıq, rüblük, 6 aydan bir, ildə bir dəfə və müddətin sonunda almaqla yerləşdirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Depozit yerləşdirən hər bir müştəri faizlarin əldə olunması üçün pulsuz plastik kartı ala bilər. Müştəriyə vəsait lazım olduqda depozit müştərilər aşağı faizlə kredit xəttlərindən istifadə edə bilərlər.

28.02.2015 –ci il tarixinə bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 6.7% artaraq 325 milyon AZN, müştərilərə verilən kreditlər 3% artaraq 229 milyon AZN, depozitlər 6.4% artaraq 225 milyon AZN və kapital 1.1% artaraq 59 milyon AZN təşkil etmişdir.                            

Ən sərfəli krediti almaq üçün müraciət et