“DəmirTaksit” kartı ilə xallar topla, Türkiyəyə səyahət et ! | Banco.az

“DəmirTaksit” kartı ilə xallar topla, Türkiyəyə səyahət et !

“DəmirBank” “DəmirTaksit” kartı ilə “Xallar” adlı aksiya keçirir. Aksiyanın şərtlərinə görə 1-27 dekabr tarixləri arasında  “DəmirTaksit” kartı ilə edilmiş hər 1 AZN-lik əməliyyata görə müştəri 1 xal qazanacaq. Kampaniyanın sonunda ən çox xal toplamış müştərilərə hədiyyələr veriləcək. Belə ki, 1-ci və 2-ci yerlərin sahibinə Türkiyəyə səyahət bileti, 3-cü, 4-cü, 5-ci yer sahiblərinə notebook (HP ProBook 4540s), 6-cı, 7-ci, 8- ci, 9- cu və 10-cu yerlərin qaliblərinə “Apple İpad Air” (16 GB), 11-20-ci yer sahiblərinin hər birinə isə “Samsung GALAXY S4 mini duos” telefonu hədiyyə ediləcək. Onu da qeyd edək ki, eyni xalı bir neçə müştəri toplayarsa, əməliyyatı daha əvvəl etmiş müştəri qalib sayılır.

Bundan əlavə, 1-27 dekabr tarixləri arasında “DəmirTaksit” kartı ilə hər 100-cü  əməliyyatı etmiş müşətərilərə də hədiyyələr veriləcək. Bakı filiallarında 100-cü əməliyyatı etmiş müştəriyə Park Cinema-dan pulsuz bilet, region fililalarında isə mobil telefon “charger” aləti veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

24 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et