“DəmirTaksit” kart sahibləri mükafatlandırılacaq | Banco.az

“DəmirTaksit” kart sahibləri mükafatlandırılacaq

“DəmirBank” mart ayı ərzində “DəmirTaksit”lə məbləğ olaraq ən çox nağdsız əməliyyat aparmış ilk səkkiz müştərisini mükafatlandıracaq. Qalib olmuş “DəmirTaksit” kart sahiblərinə televizor, notebook, fotoaparat kimi hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, aksiya mart ayının1-dən aprel ayının 1-nə kimi davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ən sərfəli krediti almaq üçün müraciət et