DəmirBankdan sahibkarlara müjdə! | Banco.az

DəmirBankdan sahibkarlara müjdə!

DəmirBank biznes kreditləri üzrə faiz dərəcələrini aşağı saldı. Artıq DəmirBank-a müraciət edən müştərilər 100 000 AZN-dək biznes kreditlərini 4%-dək  illik faiz dərəcəsi endirimi ilə əldə edə bilərlər. Kreditin maksimal müddəti 36 aya bərabərdir.

Öz inkişaf strategiyasına əsasən, DəmirBank mikro və kiçik biznes kreditləşdirilməsini genişləndirərək sahibkarlara sərfəli şərtlərlə kreditlər təklif edir. Bu günədək istehsal, ticarət, xidmət, kənd təsərrüfatı və bu kimi digər sahələrdə fəaliyyət göstərən minlərlə sahibkar DəmirBank-ın mikro və kiçik biznes kreditlərindən istifadə edib.

DəmirBank müxtəlif beynəlxalq maliyyə təşkilatları, eləcə də mikro və kiçik kreditlər üzrə ixtisaslaşmış şirkətlərlə geniş əməkdaşlıq edir. Bu proqramlar üzrə cəlb edilmiş vəsaitlər də Azərbaycanda sahibkarlara kreditlərin verilməsinə yönəldilir. DəmirBank həmçinin sahibkarlığın kreditləşdirilməsi üzrə dövlət proqramına əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditlər verir.
DəmirBank müştərilərə həmçinin digər növ biznes, istehlak və ipoteka kreditlərini təklif edir. Bankın kredit məhsulları barədə daha ətraflı məlumat üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et