DəmirBank “Yay təcrübə proqramı” layihəsini həyata keçirir | Banco.az

DəmirBank “Yay təcrübə proqramı” layihəsini həyata keçirir

DəmirBank sosial yönümlü fəaliyyətinə uyğun olaraq 2014-cü ilin iyun, iyul və avqust ayları ərzində “Yay təcrübə proqramı” layihəsini həyata keçirəcək. Təcrübə proqramı namizədlərin seçiminə görə 1, 2 və ya 3 ay davam edə bilər. Namizədlər təcrübə keçmək istədikləri sahəni özləri seçirlər.

Bu layihənin əsas məqsədi ali məktəblərin bakalavr və magistr pilləsində təhsil alan, təhsil aldığı müddətdə qiymətləri ilə fərqlənən və xüsusi istedadlı tələbələr üçün karyera imkanlarının yaradılmasıdır. Layihə çərçivəsində DəmirBank-ın İnsan Resursları departamenti Diplomatik Akademiya, Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Xəzər və Qafqaz Universitetləri, Neft Akademiyası və bir sıra digər universitetlərdə tələbələrlə görüşlər keçiriblər.

Proqram yay tətili zamanı keçirildiyi üçün həmçinin xaricdə təhsil alan tələbələr də layihəyə cəlb olunub. “Yay təcrübə proqramı” çərçivəsində DəmirBank-a 300-dən artıq namizəd müraciət edib. Aparılan testlər nəticəsində onlardan 54 nəfəri bu yay Bankda təcrübə keçmək üçün növbəti müsahibələrə dəvət olunublar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, DəmirBank sosial yönümlü fəaliyyətinə uyğun olaraq gənclərə və təhsil sahəsinə daim dəstək göstərib. DəmirBank-ın dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi və IAESTE beynəlxalq təşkilatının birgə proqramı üzrə Çinin Siçuan Universitetinin tələbəsi DəmirBank-da və Azərbaycanlı tələbə isə Çində 2 aylıq təcrübə keçib. Bundan başqa Bankda təhsil sahəsinin maliyyələşməsi üzrə digər layihələr də həyata keçirilib və keçirilməkdədir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et