“DəmirBank” Sumqayıt filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib | Banco.az

“DəmirBank” Sumqayıt filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib

“DəmirBank” Sumqayıt filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, Bank rəhbərliyi, filial əməkdaşları və Bankın müştəriləri iştirak ediblər.

Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi 7 ünvanında yerləşən Sumqayıt filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Beyləqan, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Ən sərfəli krediti almaq üçün müraciət et