DəmirBank Qubada tanıtım və maarifləndirici aksiyalar keçirib | Banco.az

DəmirBank Qubada tanıtım və maarifləndirici aksiyalar keçirib

DəmirBank 28 və 29 yanvar 2014-cü il tarixdə Quba filialın ofisində “Açıq qapılar” və İcra Hakimiyyəti ilə birgə “Plastik kartlardan istifadə və nağdsız ödənişlər” mövzusunda maarifləndirici tədbir keçirib.

İki gün ərzində keçirilən tədbirlərdə Bankın nümayəndələri və müştəriləri, Quba şəhər İcra Hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bankın filialında keçirilən tədbirdə DəmirBank-ın fəaliyyəti, tarixi nailiyyətləri, eləcə də Quba filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat verilib, müxtəlif kredit məhsulları və sair xidmətlər üzrə maarifləndirici materiallar paylanılıb və suallar cavablandırılıb.

Qubada Gənclər Mərkəzində 170 nəfərin iştirak etdiyi tədbirdə isə “Plastik kartlardan istifadə və nağdsız ödənişlər” üzrə maarifləndirici təqdimat keçirilib. Tədbirdə İcra Hakimiyyəti başçısının müavini DəmirBank tərəfindən hazırlanan tədbiri yüksək dəyərləndirib. Qubada fəaliyyət göstərən bank və kredit təşkilatları sırasında DəmirBank-ın ilk dəfə bu mövzuda geniş maarifləndirici tədbir keçirdiyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, analoji tədbirlər ötən illərdə Şəmkir, Lənkran və Beyləqanda da təşkil edilib.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç