DəmirBank Nar Bayramı münasibətilə Göyçayda yeni güzəştli kredit aksiyasına başlayıb | Banco.az

DəmirBank Nar Bayramı münasibətilə Göyçayda yeni güzəştli kredit aksiyasına başlayıb

DəmirBank 2 noyabr – Nar Bayramı münasibətilə Göyçayda yeni güzəştli kredit aksiyasına başlayıb. Aksiya 1 – 22 noyabr 2013-cü il tarixini əhatə edir.

Aksiyanın şərtlərinə görə Göyçay filialı tərəfindən verilən mikro və kiçik biznes kreditləri üçün illik faiz dərəcəsində 3% endirim təqdim edilir. Kredit 500 – 100 000 AZN, 36 ay müddətədək rəsmiləşdirilir. Kreditin məbləği 4000 AZN-dək olduqda zamin, 10 000 AZN-dək isə girov tələb olunmur.

DəmirBank müştərilərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı www.demirbank.az saytından, www.facebook.com/demirbank.az səhifəsindən və 149 nömrəsinə zəng etməklə əldə etmək olar.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et