DəmirBank Müəllimlər Günü münasibətilə 4% endirimlə güzəştli kredit təklif edir | Banco.az

DəmirBank Müəllimlər Günü münasibətilə 4% endirimlə güzəştli kredit təklif edir

DəmirBank 5 oktyabr – Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyasını həyata keçirir.

Aksiyanın şərtlərinə görə müraciət edən təhsil işçilərinə (yalnız müəllim vəzifəsində çalışanlar) illik faiz dərəcəsində 4% endirim təqdim edilir. Kredit 500 – 6500 AZN, 36 ayadək müddətə rəsmiləşdirilir. Kreditin məbləği 3000 AZN-dək olduqda iş yerindən arayışsız və zaminsiz, 5000 AZN-dək olduqda isə zaminsiz verilir.

Yeni aksiyadan bütün növ təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar, kolleclər, uşaq yaradıcılıq mərkəzləri, idman məktəbləri, universitetlər, təhsil idarələri, bağçalar və s.) çalışan müəllimlər yararlana bilər. Aksiya 31 oktyabr 2013-cü il tarixədək keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı www.demirbank.az saytından, www.facebook.com/demirbank.az səhifəsindən və 149 nömrəsinə zəng etməklə əldə etmək olar.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et