DəmirBank-ın Visa kart sahibləri Futbol üzrə Dünya Çempionatına bilet əldə edə bilərlər | Banco.az

DəmirBank-ın Visa kart sahibləri Futbol üzrə Dünya Çempionatına bilet əldə edə bilərlər

DəmirBank-ın nağdsız ödəniş edən Visa plastik kart sahibləri Braziliyada keçiriləcək Futbol üzrə Dünya Çempionatına 2 nəfərlik bilet əldə edə bilərlər. Aksiya 30 aprel 2014-cü il tarixədək davam edəcək.

Aksiyanın şərtlərinə görə, POS terminallar və İnternet vasitəsi ilə nağdsız ödənişlər edən müştərilər lotereyada iştirak edəcəklər və lotereya əsasında qaliblər müəyyən olunacaq.

Bundan başqa lotereyada yüzlərlə futbol topları, sumkalar, dəniz dəsmalları, oyuncaqlar və açarlıqlar öz sahiblərini tapacaq. Qeyd edək ki, Visa şirkəti Futbol üzrə Dünya Çempionatının rəsmi tərəfdaşıdır.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et