“DəmirBank” Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərini üstələyir | Banco.az

“DəmirBank” Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərini üstələyir

Hər zaman müştərilərinə dəyər verən “DəmirBank” bugün də öz dinamik inkişafını davam etdirməkdədir. Bunun göstəricisi olaraq, 1 oktyabr 2014-cü il tarixinə  olan məlumata görə, “DəmirBank” 423.4 mln. AZN məbləğində aktivləri ilə Azərbaycanda öncül banklar sırasına daxildir. Bankın məcmu kapitalı  62.3 mln. AZN təşkil edir.  Bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə qədər bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

“DəmirBank” 2004-cü ildə “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olub. Bununla yanaşı, bank  “Fitch Ratings” və “Planet Rating” agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir ki, bunlar da Azərbaycan bank sektorunda ən yüksək reytinqlər sırasındadır. Reytinq proqnozları isə bankın inkişafı ilə bağlı müsbət gözləntilərdən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankılarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. 

Ən sərfəli krediti almaq üçün müraciət et