"Davamlı İnkişaf Təşəbbüslər” İctimai Birliyi tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə birgə seminar keçirilmişdir | Banco.az

"Davamlı İnkişaf Təşəbbüslər” İctimai Birliyi tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə birgə seminar keçirilmişdir

Davamlı İnkişaf Təşəbbüslər” İctimai Birliyi  tərəfindən 12 sentybar tarixində Azərbaycan Banklar Assosiasiyası ilə birgə kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə“Məsuliyyətli maliyyə: konsepsiya, qabaqcıl beynəlxaq təcrübə və kredit təşkilatlarında tətbiqi perspektivləri” mövzusunda seminar keçirilmişdir.

Seminarı  giriş  sözüylə təşkilatın sədri Aysel Guliyeva açmış, Məsuliyyətli Maliyyə Prinsiplərinin Tətbiqinin günümüzün aktual məsələlərindən olduğunu vurğulamış, bu sahədə istər bank-maliyyə təşkilatlarının, istərsədə əhalinin maarifləndirilməsinin, kredit siyasetinin şəffaf və ədalətli olmasını, vətəndaşların lüzumsuz və hədsiz borclanmasının qarşısının alınmasının cənab Prezident Ilham Əliyevin tövsiyyəsi olduğunu söyləmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Seminarda məsuliyyətli maliyyə (kreditvermə) konsepsiyalarının əsas prinsipləri, komponentləri, bu sahədəki qabaqclıl beynəlxalq təcrübə təqdim edilmiş və məsuliyyətli kreditvermə konsepsiyasının ölkəmizdə fəaliyyət göstərən kredit təşkilatlarında  tətbiqi məsələləri geniş müzakirə olunmuşdur.  Qeyd edilmişdir ki, məsuliyyətli kreditvermə prinsiplərinin düzgün tətbiqi kredit təşkilatları və maliyyə xidməti istehlakçılarının məsuliyyətli davranışlarını təşviq edəcək və bank-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə, problemli kreditlərin xüsusi çəkisinin azalmasına kömək edəcəkdir. Seminar iştirakçıları bu tipli təqdimatlarındaha geniş auditoriya üçünkeçirilməsinin maliyyə savadlığının artırılması baxımından faydalı olacağını qeyd etmişlər.

 

Ən sərfəli krediti almaq üçün müraciət et