“Contact” sistemi ilə pul göndərərkən qazanmaq imkanı | Banco.az

“Contact” sistemi ilə pul göndərərkən qazanmaq imkanı

Expressbank geniş əhatə dairəsinə malik olan “Contact” təcili pul köçürmə sistemini təklif edir. Bu köçürmə sistemi müştərilərə  410.000-dən artıq xidmət nöqtəsində sərfəli tariflər əsasında qısa zamanda xaricə pul göndərib, pul almaq imkanı verir.

“Contact” sistemi müasir tələblərə uyğun proqram təminatı platformasına malikdir. Nağd köçürmələrlə bərabər bu sistem vasitəsi ilə fiziki şəxslərin Rusiya, ABŞ, Kanada, İsrail, Vyetnam, Türkiyə, BƏƏ, CAR, Hindistan, Tayland, Sinqapur, Yeni Zelandiya və Avropa ölkələrinin banklarında açılmış bank hesablarına da köçürmə etmək mümkündür. Sistem həmçinin MasterCard, VİSA, UnionPay beynəlxalq ödəniş sistemlərinin kart hesablarına pul köçürmələri həyata keçirir. “Contact” sistemi üzrə köçürmə komissiyası ölkədən və məbləğdən asılı olaraq 1-3% təşkil edir. Köçürmə 3 valyutada - Rubl, ABŞ dolları və Avro ilə aparıla bilər.

Ümumiyyətlə, Expressbank-la təcili pul köçürmələri xidmətləri çox sərfəlidir. Belə ki, sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə Expressbank-ın müştəriləri pul göndərərkən və ya pul alarkən Pul Kart vasitəsi ilə qazanırlar. Pul Kart müştərilərə pulsuz hədiyyə edilir və  hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et