"Caspian Development Bank" artıq Bərdədə də fəaliyyət göstərəcək | Banco.az

"Caspian Development Bank" artıq Bərdədə də fəaliyyət göstərəcək

Azərbaycanın bank sektorunda innovativ bank xidmətləri ilə tanınan “Caspian Development Bank (CDB)” ASC Bərdə şəhərində öz filialını açdı. Cəbhə bölgəsinə yaxın ərazidə ölkə vətəndaşlarının bank xidmətlərinə olan tələbatını həyata keçirəcək CDB Bankın Bərdə filialı, Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsi döngə 1, ev 1A ünvanında yerləşir. Müasir bina ilə təmin olunmuş filial CDB Bankın ümumi konsepti əsasında dizayn edilib və burada müştərilərin rahatlığını təmin etmək məqsədilə lazımi şərait yaradılıb. Peşəkar mütəxəssislərin xidmət göstərdiyi filialda vətəndaşlarımız müasir bank xidmətlərinin bütün növlərindən istifadə edə biləcəklər. CDB Bankın Bərdə filialı  müştərilərinə kassa hesablaşma əməliyyatları, kredit, əmanət, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif edir. Filialın xidmətlərindən Bərdə şəhəri ilə yanşı qonşu rayonların sakinləri də faydalana biləcəklər.   

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, filialın digər xidmətləri barədə ətraflı məlumat almaq üçün 1545 Məlumat Mərkəzinə zəng edə, www.cdbbank.az saytına daxil ola bilərsiniz.

Caspian Development Bank – Etimada Sədaqətlə.

Ən sərfəli krediti almaq üçün müraciət et