Bu hədiyyəni ALBALI kart qazandırdı | Banco.az

Bu hədiyyəni ALBALI kart qazandırdı

20 manata Dubayda 1 həftə 5 ulduzlu oteldə əla istrahət, üstəlik 2 nəfərlik səyahət paketi ilə. Mümkünsüz deyilən nəsə yoxdur. Çünki Unibank-ın müştərisi Simuzər Cavadzadə artıq möhtəşəm Dubay səyahətinə getməyə hazırlaşır. Simuzər xanım ALBALI kartı ilə alış-veriş edərək, arzularını reallaşdırıb. Müştərilərinə Yeni il hədiyyəsi hazırlayan Unibank-dan əsas mükafatı Simuzər Cavadzadə qazanıb: “Mən neçə ildir Unibankın müştərisiyəm. Həyatımda ilk dəfədir ki, lotereyada hədiyyə qazandım və bu hədiyyəni də ALBALI kartım qazandırdı mənə. ALBALI kartla həm alış-veriş edirəm, həm də lazım olanda nağd pul çıxarıram. Bu yaxınlarda ad günüm olacaq. Unibank mənə ilk, həm də ən gözlənilməz və qiymətli ad günü hədiyyəsi etdi”.

Ən sərfəli kredit üçün müraciət et

“ALBALI və ALBALI PLUS kartınızla əməliyyat edin və qazanın” lotereyası çərçivəsində Unibankın 5 müştərisi“İphone 6” mobil telefonu, 30 nəfər isə pul mükafatı qazanıb. 15 noyabr 2014-  5 yanvar 2015-ci il tarixlərində ALBALI və ALBALI PLUS kartları ilə Azərbaycanda və xaricdə 20 manatlıq və daha çox nağd və ya nağdsız, o cümlədən onlayn əməliyyat edən şəxslər lotereyanın iştirakçısı olublar.

Ən sərfəli krediti almaq üçün müraciət et