BU GÜNÜN TƏLƏBƏSİ – SABAHIN BANKİRİ | Banco.az

BU GÜNÜN TƏLƏBƏSİ – SABAHIN BANKİRİ

“Unibank  bu  2  ildə bizim üçün həm bank işində təcrübə imkanı yaratdı, həm də səmimi kollektiviylə doğma ünvan oldu. Bu müddətdə bankın bütün  departamentlərində və filiallarında təcrübə keçərək, bank sahəsindəki biliklərimizi təcrübədə daha da təkmilləşdirdik”- bunu  Unibankın “UniŞans-1” layihəsinin qalibi  Gülnar  Kərimova  deyir.  Gülnar və  onun kimi  müxtəlif  universitetlərin iqtisadi yönümlü ixtisaslarında təhsil alan 9  tələbə 2 ildir ki, Unibankın təqaüd proqramı olan “Unişans” layihəsi çərçivəsində bank işini öyrənirlər. “Unişans-1”in digər qalibi Dilbər Əhmədli isə deyir ki, Unibankda təcrübədə olduqları bu iki ildə öyrəndikləri, ali məktəbi bitirdikdən sonra onların iş tapmasını da asanlaşdıracaq. Bank təcrübə müddətində bu tələbələrə aylıq təqaüdlə yanaşı, proqramın sonunda sertifikat və tövsiyyə məktubu da təqdim edib.

Qeyd edək ki, Unibankın təqaüd proqramı iqtisadi yönümlü ixtisaslar üzrə əyani şöbədə təhsil alan universitet tələbələri üçündür. Təqaüd proqramında 600-dən yüksək  bal toplamış 3 və 4-cü kurs tələbələri iştirak edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Unişans”  proqramı tələbələr  arasından Azərbaycanın istedadlı gənclərinin üzə çıxarılmasına, həmin tələbələrin qabiliyyətlərinin inkişaf etdirilməsinə və gələcək bank mütəxəssislərinin hazırlanmasına, onların intellektual tərəqqisi üçün şərait yaradılmasına dəstək olmağa yönəldilib. İqtisadi ixtisaslar üzrə təhsil alan tələbələrin professional inkişafı sahəsində layihələrə yardım “Unibank” KB -nin siyasətinin  istiqamətlərindən biridir.

Unibank- hər kəsin bankı.

Ən sərfəli krediti almaq üçün müraciət et