BTB ExpressPay ödəmə terminallarına qoşuldu | Banco.az

BTB ExpressPay ödəmə terminallarına qoşuldu

Bank BTB müştərilərə rahat və çevik xidmət göstərmək üçün ExpressPay ödəniş terminallarına qoşulmuşdur. Terminallar vasitəsilə Bank BTB-də olan kreditlərin ödənilməsi, depozitlərin artırılması, kart və cari hesabların artırılması mümkündür.

Terminalda banklar bölməsində Bank BTB seçildikdən sonra müvafiq ödəniş növünü seçmək, daha sonra isə Müştəri kodu və doğum tarixini daxil etmək lazımdır. Növbəti səhifələrdə isə Müştəriyə aid məlumatlara əsasən müvafiq seçimləri edib ödənişləri həyata keçirmək olur. Əlavə olaraq burada kommunal ödənişlər, cərimələr, rüsumlar və s. ödənişlərin həyata keçirilməsi mümkündür. Hazırda ExpressPay şəbəkəsi 600 ödəniş terminalından ibarətdir. Terminallar əsasən Bakı şəhərində olmaqla ölkənin 50 regionunda müştərilərin istifadəsi üçün əlverişli yerlərdə quraşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bank BTB-nin xidmət və məhsulları haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında yerləşən Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür. 

Ən sərfəli krediti almaq üçün müraciət et