Biznes-jurnalistika proqramına start verildi | Banco.az

Biznes-jurnalistika proqramına start verildi

PASHA Bank və British Council yeni Biznes-jurnalistika proqramına start veriblər.

Azərbaycanın ən iri banklarından biri olan PASHA Bank "British Council" ilə birgə yerli biznes-jurnalistikanın inkişafına həsr olunmuş proqramın həyata keçirilməsi elan edir. Layihə yerli kütləvi informasiya vasitələrinin əsasən iqtisadi mövzuları işıqlandıran işçilərinin peşə qabiliyyəti və bacarıqlarının mükəmməlləşdirilməsinə yönəlib.

Tədris proqramı xaricdən olan peşəkar təlimatçı-müəllimlərin rəhbərliyi altında bir neçə xüsusi media-kursundan və yerli KİV nümayəndələrinin Böyük Britaniyaya tanışlıq səfərindən ibarətdir. Səfər əsnasında Azərbaycan mətbuat və media işçilərinin Böyük Britaniyanın aparıcı qəzet, jurnal və digər KİV jurnalistləri ilə görüşləri və təcrübə mübadiləsi nəzərdə tutulub.  Kollegial qərara əsasən, PASHA Bank və British Council-un sözügedən layihəsində iştirak etmək üçün «Trend», «Regional TV», «APA» «Report», «Salamnews», «Lider TV», «Fins» və başqa KİV-ləri təmsil edən 11 jurnalist seçilib.

Layihənin başlıca məqsədi iqtisadi mövzuları işıqlandıran aparıcı jurnalist qrupunun yaradılmasıdır; onlar avropalı həmkarlarının çoxillik təcrübəsilə tanış olmaqla, yiyələndikləri bacarıqlardan ölkədə baş verən iqtisadi dəyişikliklər və müxtəlif biznes prosesləri barədə daha peşəkar məlumatların verilməsində və həmin dəyişikliklərin və proseslərin təhlilində istifadə edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

www.pashabank.az  

Ən sərfəli krediti almaq üçün müraciət et