Beynəlxalq Bank biznes proseslərini optimallaşdırır | Banco.az

Beynəlxalq Bank biznes proseslərini optimallaşdırır

Filial şəbəkəsində biznes proseslərinin optimallaşdırılması layihəsinə start verən Azərbaycan Beynəlxalq Bankı bu layihəni Business Process Management (BPM) texniki platformasının bazasında həyata keçirir.  Hazırda bu platforma Bankın Bakı şəhərindəki filiallarında tətbiq olunur. İlin sonuna qədər Bankın bütün xidmət şəbəkəsinin bu sistemə keçidi planlaşdırılır.

Qeyd edək ki, adıçəkilən texniki məhsuldan dünyanın bir sıra aparıcı banklarının fəaliyyətində istifadə olunub və yüksək səmərə əldə edilib. Bu məhsulun Azərbaycan Beynəlxalq Bankında da tətbiqi biznes proseslərinin avtomatlaşdırılmasına, işin effektivliyinin artırılmasına, müştərilərə xidmətin keyfiyyətinin yüksəldilməsinə kömək göstərəcək. Biznes proseslərinin optimallaşdırılması Azərbaycan Beynəlxalq Bankının yerinə yetirdiyi strateji layihələrdən biridir.

Ən sərfəli kredit üçün müraciət et

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud  937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et