Bank VTB (Azərbaycan) ASC-nin “Azadlıq” filialının açılışı oldu | Banco.az

Bank VTB (Azərbaycan) ASC-nin “Azadlıq” filialının açılışı oldu

Bakı şəhərinin Nəsimi rayonunda avqustun 22-də Bank VTB (Azərbaycan) ASC-nin “Azadlıq” filialının açılış mərasimi keçirildi. Yeni filial paytaxt əhalisinin sıx məskunlaşdığı ərazilərdən birində,  Azadlıq prospekti 92 ünvanında yerləşir.

Yeni filialda fiziki və hüquqi şəxslər geniş çeşidli bank xidmətlərindən istifadə edə bilərlər.

Filialın açılış mərasimində Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, həmçinin VTB Qrupunun nümayəndələri iştirak etmişlər.

Rusiyanın Bank VTB ASC-nin böyük vitse-prezidenti, Törəmə şirkətlər departamentinin rəhbəri Mixail Yakunin: “VTB Bank Azərbaycanda filial şəbəkəsini daha da genişləndirəcək. 2014-cü ilin sonunadək həm Bakıda, həm də regionlarda daha 8 satış nöqtəsini istifadəyə veriləcəyik və Azərbaycanda biznes fəaliyyətini aktivləşdirəcəyik. Sevindirici haldır ki, açılış günündə filialda xeyli sayda ilk müştərilər var. Və bu bankın məhsullarına əhali tərəfindən yüksək tələbatın göstəricisidir. Hazırda yeni satış nöqtələrimizin gəlirliliyi plan üzrə nəzərdə tutulmuş göstəriciləri xeyli üstələyir”

Ən sərfəli kredit üçün müraciət et

            

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et