“Bank Technique”in yeni kartları təmassız ödəmə texnologiyası ilə təmin edilib | Banco.az

“Bank Technique”in yeni kartları təmassız ödəmə texnologiyası ilə təmin edilib

“Bank Technique” ASC müştərilərinə qabaqcıl xidmətlər təklif etmə ənənəsinə sadiq qalaraq, bütün yeni kartlarını təmassız ödəmə texnologiyası ilə təmin edib.

“PayWave” və “PayPass” texnologiyalarını müvafiq olaraq bankın emissiya etdiyi “VISA” və “MasterCard” ödəmə kartlarında tətbiq etməklə, “Bank Technique” Azərbaycanda kontaktsız kartları müştərilərinə təklif edən nadir banklar siyahısında qərarlaşıb.

“Kontaktsız ödəmələr rahatlıqla yanaşı, təhlükəsizlik və vaxt qənaəti kimi xüsusiyyətləri ilə fərqlənir. Burada müəyyən məbləğə qədər əməliyyatlar kartı terminala sadəcə yaxınlaşdıraraq, bir neçə saniyə ərzində aparılır. Yeni texnologiya müştərilərin kartlara marağını daha da artırmış olur və nəticədə nağdsız ödənişlərə keçidi sürətləndirir”, yeni kartların kontaktsız funksionallığını şərh edərkən “Bank Technique”in Baş direktoru Kamran Axundov deyir.

Ən sərfəli kredit üçün müraciət et

Təmassız kartlar adi ödəniş kartlarına oxşayır, lakin onların daxilində antena və çip var. Ödənişlər həyata keçirildikdə kart məsafəli şəkildə ödəmə terminalı ilə əlaqə yaradır və kiçik məbləğli ödənişlər zamanı müştərinin PİN-kod daxil etməsinə ehtiyacı duyulmur.

Bununla yanaşı, qeyd edək ki, “Bank Technique” yeni kartları yeni dizaynda hazırlayıb ki, fərqli, cəlbedici görünüş müxtəlif zövqləri oxşayır.

Ən sərfəli krediti almaq üçün müraciət et