“Bank Technique”dən daha bir innovativ funksiya – “İnteraktiv xəritə”! | Banco.az

“Bank Technique”dən daha bir innovativ funksiya – “İnteraktiv xəritə”!

“Bank Technique” ASC müştərilərinin rahatlığını təmin etmək məqsədilə www.banktechnique.az saytında Bankın filialları, şöbələri və bankomatlarını əks etdirən “İnteraktiv xəritə” funksiyasını istifadəyə verir.

Artıq sözügedən sayta daxil olan hər bir şəxs “Xidmət şəbəkəsi” bölməsindən Bankın, axtardığı məkana ən yaxın, filial, şöbə və ya bankomatını asanlıqla tapa və onların hər biri haqqında ətraflı məlumatı əldə edə biləcək. Hətta seçdiyiniz filial, şöbə və ya bankomatdan gedəcəyiniz yerə avtomatik olaraq marşrut da çəkə bilərsiniz. Bunun üçün istənilən filial, şöbə və ya bankomat işarəsinin üstünə basıb, açılan pəncərənin aşağı sağ küncündəki ox işarəsinə daxil olmaq lazımdır. Açılan yeni pəncərədə seçilən filial, şöbə və ya bankomatdan xəritədə olan istənilən yerə nəqliyyat və ya piyada marşrutunu yaradıb, onun vaxtı və məsafəsini öyrənmək olar. Bundan başqa, çəkilən marşrutun şəklini çap etmək, onun URL-keçidini və ya detallı marşrut izahatını elektron poçt vasitəsilə göndərmək, eləcə də, yaratdığınız marşrutları kompüterinizin yaddaşında saxlamaq olar. “İnteraktiv xəritə”nin bütün özəllikləri barədə daha ətraflı www.banktechnique.az saytındakı “Xidmət şəbəkəsi” bölməsindən, bu funksiyadan istifadə edərək, öyrənə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, hazırda “Bank Technique” ASC-nin Bakı şəhəri və ümumilikdə, Azərbaycan Respublikası ərazisində, 32 filialı, 6 şöbəsi və 67 bankomatı fəaliyyət göstərir. 

“Bank Technique” ASC, bundan sonra da, göstərilən xidmət çeşidini daima artıraraq, Sizin maliyyə agentinizə çevrilmək istiqamətində atdığı addımları davam etdirəcək.

 

Ən sərfəli krediti almaq üçün müraciət et