“Bank Technique” Türkiyənin “UPT” təcili pul köçürmələri sisteminə qoşulub | Banco.az

“Bank Technique” Türkiyənin “UPT” təcili pul köçürmələri sisteminə qoşulub

“Bank Technique” ASC Türkiyənin “UPT” (Universal Payment Transfer) təcili pul köçürmələri sistemi ilə əməkdaşlığa başlayıb. Artıq bank müştəriləri Türkiyənin istənilən nöqtəsinə sərfəli tariflərlə birbaşa pul köçürə biləcəklər.

“UPT” sistemi qonşu dövlətdə 14 mindən çox xidmət nöqtəsi ilə (bütün poçt xidməti şöbələrini əhatə etməklə) sürətli, ucuz, etibarlı pul köçürmə əməliyyatlarını təklif edir. Sistem türk lirəsi, ABŞ dolları və avroda köçürmələrin həyata keçirilməsinə imkan yaradır.

Xatırladaq ki, “Bank Technique”, “UPT” sistemindən əlavə daha 9 təcili pul köçürmələri sistemi ilə əməkdaşlıq edir: “Western Union”, “Privat Money”, “Contact”, “Blizko”, “Lider”, “Migom”, “Faster”, “İBA Express”, “Caspian Money Transfer”. Bankın xidmət nöqtələrinə yaxınlaşaraq, cəmi bir neçə dəqiqə ərzində dünyanın əksər dövlətlərinə pul köçürə və ya qəbul etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Təcili pul köçürmələri xidmətləri Bankın Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran və Tərtərdə yerləşən filial və şöbələri tərəfindən göstərilir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et