“Bank Technique” pul köçürmələrini daha əlverişli şərtlərlə təklif edir | Banco.az

“Bank Technique” pul köçürmələrini daha əlverişli şərtlərlə təklif edir

Birgə aksiya çərçivəsində, “Bank Technique” ASC “CONTACT” ödəmə sistemi üzərindən Azərbaycandan qonşu ölkələrə təcili pul köçürmələrini daha əlverişli şərtlərlə təklif edir.
Belə ki, aksiya müddəti Azərbaycandan Gürcüstan, Belarus, Moldova, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Latviya, Litva və Estoniyaya pul köçürmələrinə “CONTACT” sisteminin xüsusi tarifi tətbiq edilir:

4 950 ABŞ Dolları/Avrodan az vəsait köçürüldükdə - məbləğin 1%;
4 950 ABŞ Dolları/Avrodan artıq vəsait köçürüldükdə - 60 ABŞ dolları.

Qeyd edək ki, aksiya bu ilin sonunadək davam edəcək. Yeni şərtlərdən “Bank Technique”in bütün xidmət nöqtələrində faydalanmaq mümkündür.

Məlumat üçün:

Ən sərfəli kredit üçün müraciət et

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda “Bank Technique”in 32 filial və 8 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et