“Bank Technique” “Caspian Energy Integration Award – 2014” mükafatına layiq görülüb! | Banco.az

“Bank Technique” “Caspian Energy Integration Award – 2014” mükafatına layiq görülüb!

12 mart tarixində “Caspian Energy Integration Award – 2014” 10-cu beynəlxalq mükafatın təqdimat mərasimi baş tutub.

Tədbirdə “Bank Technique” ASC “İlin Bankı”nominasiyasında qalib elan edilərək, Bankın İdarə Heyətinin üzvü Cəmin Hacıyeva mükafat təqdim edilib. İştirakçıları salamlayaraq Cəmin Haciyev “Bank Technique”in mükafata layiq görülməsinə görə təşəkkürünü bildirib və qeyd edib ki, son iki il ərzində Bankın maliyyə göstəriciləri yaxşı tendensiya ilə yadda qalır və belə nüfuzlu mükafata layiq görülməsi Bankın möhkəm mövqelərinin bir daha sübutudur.

Ən sərfəli kredit üçün müraciət et

Mərasimdə ümumilikdə 20-ə yaxın nominasiya üzrə mükafatlar müxtəlif şirkət və təşkilatlara təqdim edilib.

Qeyd edək ki, nüfuzlu "Caspian Energy Integration Award" beynəlxalq mükafatının təşkilatçısı öz ətrafında 50-dən artıq ölkənin işgüzar dairəsini cəmləşdirən “Xəzər-Avropa Klubu”dur (Caspian-European Club – CEIBC). 

Ən sərfəli krediti almaq üçün müraciət et