“Bank Standard" növbəti "Super Trader" oyunu üçün qeydiyyatın başlanmasını elan edir. | Banco.az

“Bank Standard" növbəti "Super Trader" oyunu üçün qeydiyyatın başlanmasını elan edir.

Müsabiqədə sentyabrın 16-dan 22-dək bu linkdən istifadə edərək və ya trader.bankstandard.com/az/ səhifəsində qeydiyyatdan keçməklə iştirak etmək mümkündür.

 

Treyderlər arasında yarışma sentyabrın 23-dən oktyabrın 2-dək keçiriləcəkdir. İştirakçılar “Bank Standard Trader” platformasında onlayn rejimdə 24 saat, həftənin 7 günü Foreks (160-dan çox valyuta cütlükləri), Səhmlər (14 000 səhm), CFD (8400 müqavilə), Fyuçerslər (21-dən artıq birjada 175-dən çox müqavilə), Opsionlar və digər derivativlər dünyanın 25 birjasında çoxsaylı maliyyə alətləri ilə ticarət imkanını əldə edirlər. Hər qeydiyyatdan keçən iştirakçıya demo hesabda minimal olaraq 100.000 ABŞ dolları məbləğində vəsait ayrılacaq.

 

«Super Trader» müsabiqəsi yeni başlayanlar və təcrübəli treyderlərə öz ticarət strategiyalarını yoxlamaq, bilik və bacarıqlarını artırmaq, eləcə də uğurlu ticarətin nəticəsində «Bank Standard»-da qeydiyyata alınan, ticarət hesabında pul mükafatları əldə etmək imkanını yaradır. Oyunun sonunda ən yüksək (1-ci yer) mənfəət göstəricisinə nail olan 3000 ABŞ dolları, ikinci yeri tutan iştirakçı 2000 ABŞ dolları, üçüncü yerin sahibi isə 1000 ABŞ dolları məbləğində real ticarət hesabında mükafat qazanacaqdır. 4-dən 10-dək nəticələri göstərənlər isə «Standard Capital» tərəfindən təşkil edilən seminarlarda pulsuz iştiraka dəvət olunacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

 

Xatırladaq ki, «Bank Standard» tərəfindən təşkil olunan «Super Trader» müsabiqəsində iştirak tamamilə təmənnasızdır, mükafatlar isə qaliblərin adına açılmış real hesabda real pullardır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et