Bank Respublika və Bakı Sığorta “TurboKart” kredit kartını təqdim etdilər! | Banco.az

Bank Respublika və Bakı Sığorta “TurboKart” kredit kartını təqdim etdilər!

Azərbaycan Bank sistemində daim yeniliklər tədbiq edən Bank Respublika bu dəfə Bakı Sığorta şirkəti ilə birgə “TurboKart” co-brand kartını təqdim etdilər.

Əgər nəqliyyat vasitənizin  dəyəri 10.000 manat və ya ondan artıqdırsa, Siz “Bakı Sığorta” ASC-yə müraciət edib, öz avtomobilinizi bütün risklərdən Tam sığortalayıb,  və ən əsası sizə hədiyyə olaraq   təqdim olunan “TurboKart” plastik kart vasitəsi ilə heç bir ilkin ödəniş etmədən kreditlə sığorta haqqını tam ödəyə bilərsiniz. Ödəyəcəyiniz sığorta haqqının bir neçə misli qədər isə illik 9.69%-lə Bank Respublika-dan kredit xətti əldə etmək imkanınız var.

Kredit Bakı Sığorta ASC-nin müştəriləri üçün xüsusi olaraq  zaminsiz, arayışsız və girovsuz veriləcək. Kreditlə ödənilən sığorta haqqı və kredit xəttindən faydalanan məbləğ 45 gün müddətinə geri qaytarılarsa onda heç bir faiz hesablanmayacaq. "TurboKart"-la nağd, internet və POS-terminal vasitəsilə ödənişlər etmək də mümkündür və PayKart bonus sisteminə qoşuludur, partnyor şəbələsində alış-veriş zamanı ödənilən məbləğin 25%-dək bonus şəklində qazandırır.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə “Turbo Kart” sahibləri “Group Motors” servis mərkəzlərində il ərzində 1 dəfə avtomobili “razval” və “balans” xidmətlərindən pulsuz istifadə edə biləcəklər. “TurboKart” tam pulsuzdur və tam sığortalıdır yəni zədələndikdə və ya itirildikdə pulsuz dəyişdirilir.

Əminik ki, qısa müddət ərzində “TurboKart” sahibləri onun üstünlüklərini müsbət dəyərləndirəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et