Bank Respublika ticarət və elektron kommersiya üçün Visa International-dan ekvayrinq lisenziyalarnı aldı. | Banco.az

Bank Respublika ticarət və elektron kommersiya üçün Visa International-dan ekvayrinq lisenziyalarnı aldı.

Kart məhsulları sektorunu genişləndirmək və POS-terminal şəbəkəsinin artırılması məqsədi ilə, Bank Respublika Visa İnternational-dan ticarət və e-kommersiya üçün ekvayrinq lisenziyaslarını almışdır.

Tərəfdaşlar şəbəkəsinin ödənişlər üçün plastik kartları qəbul etmək istəklərini, habelə nağdsız ödənişlərin müştərilər üçün olan aşkar üstünlüklərini nəzərə alaraq, bank VISA International kartlarının ekvayer statusunu almaq qərarına gəldi. İndi Bank Respublika öz POS-terminallarını quraşdıra biləcək, bununla da müştərilərini məhsul və xidmətləri Visa kartlari vasitəsilə ödəmək imkanı ilə təmin edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bu lisenziya banka imkan yaradır ki, kommersiya müəssisələri ilə POS-terminalların quraşdırılması və xidməti üzrə, vasitəçilərə müraciət etmədən, müqavilə bağlasın. Beləliklə, bank İnternetdə məhsul və xidmətlərin ödənilməsi üçün “virtual” POS-terminallarını da  quraşdıra bilər.

Bank Respublika plastik kartlarının daha bir üstünlüyü onların pulsuz verilməsidir. Bundan əlavə, Visa kartları daxil olmaqla, Bank Respublikanın bütün plastik kartları 50-yə yaxın tərəfdaşı olan PayKart Bonus Sisteminə qoşulmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç