Bank of Baku-nun plastik kartları “3D secure” sisteminə qoşuldu | Banco.az

Bank of Baku-nun plastik kartları “3D secure” sisteminə qoşuldu

Plastik kartlar bazarında apracı banklardan biri olan və mərkəzi bank tərəfindən nağdsız ödənişlər üzrə lider Bank seçilən Bank of Baku plastik kartların kənar şəxslər tərəfindən istifadəsinin təhlükəsizliyinin artırılması istiqamətində “3D secure” sisteminə qoşuldu.

“3D secure” nədir?

Kredit və debet kartlarının internet üzərində onlayn istifadəsi zamanı tətbiq edilən müasir təhlükəsizlik sistemidir. Bu sistem müştərinin kartlarının digər kənar şəxslər tərəfindən internet üzərində istifadəsini mümkünsüz edir. Belə ki, əməliyyatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyatlar birdəfəlik şifrələr ilə qorunur və əməliyyat icra edilən zaman kartın parametrləri daxil edildikdən sonra  şifrə müştərinin mobil nömrəsinə SMS şəklində göndərilir. Keçirilən əməliyyatların təhlükəsizliyi müştəriyə SMS şəklində göndərilən şifrənin əməliyyat zamanı daxil edilməsi ilə təmin edilir. Müştərinin mobil telefonuna SMS şəklində göndərilən şifrə yalnız 1 dəfə istifadə edilə bilər. Beləliklə də, bu sistem Kartlardan onlayn istifadənin kənar şəxslər tərəfindən həyata keçirilməsinin qarşısını alır.

Ən sərfəli kredit üçün müraciət et

“3D secure” sisteminə qoşulmaq üçün nə etmək lazımdır?

Bank of Baku-nun SMS Bankinq və ya SMS məlumatlandırma sisteminə qoşulan plastik kartların sahiblərində “3D secure” sistemi artıq avtomatik şəkildə qoşulmuşdur. Avtomatik qoşulmayan və yeni müştərilər isə Bankın məlumat Mərəzinə (145) zəng etməklə və ya  banka müraciət edərək “3D secure” sisteminə  qoşula bilərlər.  Qeyd edək ki, SMS bankinqə qoşulmaq haqqı illik 5 AZN təşkil edir, “3D secure” sisteminə qoşulmaq isə tam PULSUZDUR.

Qeyd edək ki, “Bank of Baku”-ya məxsus kredit kartlarının əksəriyyətini Bolkart, loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, VİSA və MasterCard, həmçinin Mybrand’s və İdeal kobrend kredit kartları təşkil edir. “Bank of Baku”-nun lider bank olmasında Bolkart kredit kartının populyarlığının xüsusi çəkisi var. Belə ki, bu gün yüzminlərlə Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir.

Ən sərfəli krediti almaq üçün müraciət et