“Bank of Baku”-nun Gəncədə daha bir filialı açıldı! | Banco.az

“Bank of Baku”-nun Gəncədə daha bir filialı açıldı!

“Bank of Baku”-nun Gəncə şəhərində daha bir  filialı qapılarını müştərilərin üzünə açıb.”Yeni Gəncə” adlı filial “Bank of Baku”-nun bu qədim Azərbaycan şəhərində sayca artıq ikinci filialıdır.

“Bank of Baku”-nun  “Yeni Gəncə” filialı N.Nərimanov prospekti, 42C ünvanında yerləşir. Bank filialı yerli avtovaqzalın yaxınlığında, şəhərin canlı məkanında yerləşir.

Yeni filialda müştərilərin rahatlığı üçün bütün şərait yaradılıb: ofis önündə parkinq, geniş və işıqlı zal, ictimai nəqliyyat dayanacağının yaxınlığı, bankomat və ödəniş terminallarının fasiləsiz xidmət zonası.

”Yeni Gəncə” filialında:

  • istehlak və biznes kreditləri rəsmiləşdirmək,
  • əmanət yerləşdirmək,
  • pul köçürmək,
  • kredit kartları əldə etmək

və bir çox digər xidmət və məhsullardan faydalanmaq olar.

Filialın açılışı münasibətilə “Bank of Baku”-nun  Baş Direktoru Fərid Əlizadə bildirib ki, yeni filial üçün peşəkarlardan ibarət komanda yaradılıb.”Birinci  filialımız Gəncədə fəaliyyət göstərdiyi illər ərzində biz böyük müştəri bazası əldə edərək yerli bank bazarının mühüm bir hissəsini qazanmışıq. Yeni filialımız xidmət keyfiyyətinin təkmilləşdirilməsinə və ümumilikdə biznesin inkişafına yönəlib.Bankımızın Gəncədəki pərakəndə biznesi bu gün ölkə regionları arasında ən böyük və dinamik inkişaf edən sahələrindən biridir. Biz əldə etdyimiz nailiyyətlə kifayətlənməyərək, bu cür prioritet regionda fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik”.

Ən sərfəli kredit üçün müraciət et

“Bank of Baku”-nun ölkə boyunca filial şəbəkəsi barədə daha ətraflı burada: http://www.bankofbaku.com/az/network-of-offices/branches.html 

Əlavə məlumat üçün:

145 Məlumat Mərkəzi

http://www.bankofbaku.com/

https://www.facebook.com/bankofbaku

Bank of Baku

Ən sərfəli krediti almaq üçün müraciət et