Bank of Baku 22 İlliyinə Özəl Köhnə Bolkart sahibləri üçün Yeni Kampaniya Elan Edir! | Banco.az

Bank of Baku 22 İlliyinə Özəl Köhnə Bolkart sahibləri üçün Yeni Kampaniya Elan Edir!

1994-cü ildən etibarən ölkədə geniş müştəri kütləsinə müxtəlif növ maliyyə xidmətləri göstərən Bank of Baku bu ay fəaliyyətinin 22-ci ildönümünü qeyd edir.

Ad gününə özəl, Bank müxtəlif müştəri seqmentlərinə yönəlik olaraq silsilə kampaniyalara start verib. İlk kampaniya köhnə Bolkart kredit kart sahibləri üçün nəzərdə tutulub.

Köhnə Bolkartını Gətir, Yenisini Apar” şüarı altında icra olunan bu kampaniya 9-19 fevral tarixlərini əhatə edəcək. Kampaniya şərtlərinə əsasən bu tarixlər arasında Köhnə Bolkart kredit kart sahibləri Banka Yeni Bolkart əldə etmək üçün müraciət edərlərsə, kart hesablarına əlavə olaraq 20 AZN dəyərində BAL qazanacaqlar. Bununla yanaşı, birinci ilin xidmət haqqından azad olunacaqlar. 20 AZN ekvivalentində olan BAL-lar məhz ad gününə özəl olaraq qeyd olunan 10 günlük kampaniya dövründə hədiyyə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniyadan sonrakı dövrdə fevral ayının sonuna kimi isə köhnə Bolkartlarını Yeni Bolkart kredit kartları ilə əvəz etmək istəyən müştərilərə Bank birinci ilin xidmət haqqından azad olunmaqla rəsmiləşdirmə imkanı verir. 

Yeni Bolkartı (Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond) əldə etmək istəyən şəxslər iş yerindən arayışı və ya gəlirlərini təsdiq edən sənədi təqdim etməklə Bankın istənilən filialına müraciət edə bilərlər.

Ölkənin ilk hissə-hissə kredit kartı olan Bolkart məhsulu haqqında daha ətraflı məlumatla kartın rəsmi internet ünvanından http://www.bolkart.az/ tanış ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et