Bank BTB qızıl girovu əsasında kredit məhsulunu təklif edir | Banco.az

Bank BTB qızıl girovu əsasında kredit məhsulunu təklif edir

Əhalinin təcili nağd pula olan ehtiyacını qarşılamaq məqsədilə Bank “BTB” ASC yeni “Qızıl təminatlı kredit” məhsulunu təklif edir. Qızıl və ya qızıl zinət əşyalarını girov qoyaraq, müştərilər bankdan nağd pul əldə edə biləcəklər. Lombard müəssisələrindən fərqli olaraq Bank “BTB” “Qızıl təminatlı kredit” məhsulunu daha sərfəli və etibarlı şərtlər ilə təqdim edir.

Krediti almaq üçün tələb edilən sənəd kimi yalnız şəxsiyyət vəsiqəsi kifayət edir. Gəlirləri təsdiq edən sənəd tələb olunmur. Kredit qızıl və ya qızıl zinət əşyalarının girova qoyulması əsasında verilir. Əşyalar bank tərəfindən təyin olunmuş qiymətləndirici tərəfindən qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Kreditin maksimal məbləği 5000 AZN, maksimal müddəti isə 24 aydır. Kredit üzrə aylıq faiz dərəcəsi 2,84%-dir. Müştəridən cari iş fəaliyyəti, staj, həmçinin zamin tələbi yoxdur.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az  və ya bankın www.facebook.com/bankbtb  ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et