Bank BTB “Maliyyə savadlılığı” layihəsi çərçivəsində seminar keçirib | Banco.az

Bank BTB “Maliyyə savadlılığı” layihəsi çərçivəsində seminar keçirib

06 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Bank BTB ASC-də bank-maliyyə sisteminin fəaliyyətinə dair növbəti maarifləndirici seminar keçirilib. Bank BTB-nin Baş Ofisində keçirilən, layihədə 11 təhsil mərkəzindən 22 əlacı tələbə iştirak ediblər.

İlkin olaraq təlim iştirakçılarına bankın İnsan Resursları Departamentinin rəhbəri tərəfindən karyera və personalın loyallığı proqramına dair məlumat verilib. Daha sonra isə tələbələrə “Risklərin idarə edilməsi sistemi və biznesin planlaşdırılması alətləri” və “Əməliyyat risklərinin təsnifatı və idarə olunması” mövzularında geniş təlim keçirilib. İnteraktiv formatda keçirilən təlimdə tələbələr mövzu ilə əlaqədar  çoxsaylı suallar verərək, öz biliklərini artırıblar.

Ən sərfəli kredit üçün müraciət et

Sonda Bank BTB-nin rəhbərliyi və əməkdaşları layihədə iştirak edən tələbələrə təhsillərində uğurlar arzu edərək onlara aldıqları bilikləri gələcək karyeralarında uğurla tətbiq etməklərini arzu ediblər.

Ən sərfəli krediti almaq üçün müraciət et