Bank “BTB” ASC-nin fərdi bank seyflərinin icarəsinə 50%-dək endirim elan olunur | Banco.az

Bank “BTB” ASC-nin fərdi bank seyflərinin icarəsinə 50%-dək endirim elan olunur

Bank BTB, məzuniyyətlər mövsümünə özəl olaraq fərdi bank seyflərinin icarəsi üzrə sərfəli endirimlər elan edir. Belə ki müxtəlif ölçülərdə olan fərdi bank seyflərinin icarəsinə olan endirim 50% təşkil edir. Kampaniyanın müddəti 3 aydır.

Endirimli tariflər cədvəldə qeyd olunan kimidir və 31.08.2017 tarixinə kimi güvədədir.

Seyfin ölçüsü

Cari 1 aylıq qiymət

Kampaniya  müddətində qiymət

100mm x 326mm x 420mm

30 AZN

15 AZN

200mm x 326mm x 420mm

40 AZN

20 AZN

400mm x 326mm x 420mm

60 AZN

30 AZN

600mm x 326mm x 420mm

80 AZN

40 AZN

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müxtəlif ölçülərdə, davamlı materiallardan hazırlanmış və təhlükəsizlik qaydalarına cavab verən fərdi bank seyfləri Bank BTB-nin baş ofisində Y.Səfərov küç., 27 ünvanında yerləşir. Tətbiq olunan “iki açar prinsipi (1 açar müştəridə və 1 açar bankda) yüksək məxfiliyi təmin edir. Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan heç kim fərdi bank seyfindən istifadə edə bilməz.*Cədvəldə göstərilmiş qiymətlərə ƏDV daxildir.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et