Bank BTB “Ağaclara həyat verək” şuarı altında ağacəkmə aksiyası keçirilib | Banco.az

Bank BTB “Ağaclara həyat verək” şuarı altında ağacəkmə aksiyası keçirilib

9 noyabr Azərbaycan Respublikasının Bayraq Günü münasibəti ilə Bank BTB ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Ağaclara həyat verək” şuarı altında ağacəkmə aksiyası keçirib. Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 15-20-ci kilometrliyində yerləşən ərazidə 500 dən çox zeytun ağacları əkilib.

Bankdan bildirilib ki, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində aksiyanın  məqsədi ağac əkməklə ekoloji tarazlığın yaranmasına, ətraf mühitin qorunmasına kömək etmək, gənc nəsillərin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Bankın 200 nəfərə yaxın əməkdaşı aksiyada iştirak edib.

Ən sərfəli kredit üçün müraciət et

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et