Bank BTB 16 iyun tarixində korporativ sosial məsuliyyət yönümlü aksiya keçirib | Banco.az

Bank BTB 16 iyun tarixində korporativ sosial məsuliyyət yönümlü aksiya keçirib

“Sağlam bədəndə sağlam ruh!” şüarı altında keçirilən bu aksiyanın əsas məqsədi "Ümid Yeri'' sığınacağında məskunlaşan uşaqları idman avadanlıqları ilə təmin etmək olub.

"Ümid Yeri'' sığınacağı artıq 20 ildir ki, valideyn qayğısından məhrum olmuş uşaqların sığınacaq yerinə çevrilmişdir. Hal hazırda 40-dan çox azyaşlı və məktəbli uşaq bu sığınacaqda yaşayır. Aksiya zamanı uşaqların sağlam və aktiv böyümələri üçün bank tərəfindən onlara müxtəlif ölçülü velosiped, skeyt,  samokat, top və digər çoxsaylı idman ləvazimatları hədiyyə olundu.

Əlavə olaraq uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün onlara stolüstü tennis masası ilə bir yerdə lazımi aksessuarlar və digər maraqlı hədiyyələr verildi. Aksiyada bankın rəhbərliyi və könüllü əməkdaşlar iştirak etdilər. Uşaqlar üçün təşkil olunan əyləncəli proqramda maraqlı viktorinalar və komanda ruhunu gücləndirən yarışlar keçirildi.

Qeyd edək ki, “Ümid yeri” sığınacağı təsis olunduğu ildən indiyədək 5000-dək valideyn himayəsindən məhrum olmuş uşaqların evinə çevrilib. Bu sığınacağın fəaliyyət nəbzinin daim vurmasına hər bir vətəndaşımız dəstək ola bilər, bunun üçün “Ümid yeri” sığınacağına MilliÖn ödəniş terminallarından ianə və yardım köçürmək mümkündür. Bunun üçün, MilliÖn ödəniş terminallarına yaxınlaşaraq, İrəli düyməsini 2 dəfə basdıqdan sonra 3-cü səhifədə açılan "Ümid Yeri'' düyməsini seçərək, telefon nömrənizi daxil edərək yardım etmək istədiyiniz məbləği terminala daxil etməyiniz kifayətdir. Bütün bunları nəzərə alaraq hər kəsi “Ümid yeri” sığınacağına dəstək olmağa çağırırıq.

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç