Bakı marafonu - 300 Azər Türk Banklı yürüşdə iştirak etdi | Banco.az

Bakı marafonu - 300 Azər Türk Banklı yürüşdə iştirak etdi

Dünən səhər Bayraq meydanından start götürən "Bakı Marafonu 2017" yürüşü Olimpiya stadionunda uğurla başa çatdı.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən bu  möhtəşəm idman bayramının qalibləri müəyyən olundu və təşkilatçılar tərəfindən, yarışın şərtlərinə uyğun olaraq, pul mükafatları və hədiyyələrlə təltif edildilər.

21 kilometrlik qaçış zolağını hamıdan tez qət edərək ilk onluqda qərarlaşan digər həvəskar idmançılara isə yarışın sponsorları, o cümlədən Azər Türk Bank öz hədiyyələrini təqdim etdi.

Qürurla qeyd etmək istəyirik ki, artıq beynəlxalq format almış bu tədbirdə minlərlə azərbaycanlılarla yanaşı, burada yaşayıb işləyən müxtəlif ölkələrin yüzlərlə vətəndaşlarının da məmnuniyyətlə qatıldığı bu əzəmətli tədbirin sponsorları sırasında bir dövlət bankı kimi Azər Türk Bank da vardır.

Ölkədə bir çox sosial layihələrin gerçəkləşməsində rolu olan Azər Türk Bank bu kimi mühüm əhəmiyyətli tədbirlərin ərsəyə gəlməsində iştirakından, xüsusilə son illər idman ölkəsinə çevrilən Azərbaycanda sağlam həyat tərzinin təbliğinə dəstək  olmaqdan qürur duyur. Korporativ üsluba uyğunlaşdırılmış idman geyimində 300 nəfər Azər Türk Banklı yürüşdə iştirak edərək Bankı bu idman bayramında təmsil etmişlər. Sevinirik ki, 30 aprel günü marafonçularımız, həm də Azər Türk Bankla birgə, küləyə qalib gəldilər.

Ən sərfəli kredit üçün müraciət et

Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunmuş bu layihənin icrasını “SMG” (“Sport Marketing Group”) şirkəti həyata keçirmişdir.

“Bakı Marafonu 2017”-dən  toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et