Bakcell abunəçiləri üçün Expresspay-dən sərfəli təklif | Banco.az

Bakcell abunəçiləri üçün Expresspay-dən sərfəli təklif

ExpressPay ödəniş terminallarında Bakcell danışıq dəqiqələri hədiyyə olunur

ExpressPay ödəniş terminalları vasitəsilə Bakcell nömrələrinə minimum 3 AZN ödəniş etdikdə 3 dəqiqə, 5 manat və daha çox ödəniş etdikdə isə 5 pulsuz şəbəkə daxili danışıq vaxtı hədiyyə olunur. Danışıq dəqiqələri yalnız Cin kart abunəçiləri üçün nəzərdə tutulub.

Bakcell-in Klass və Gold abunəçilərinə isə SMS vasitəsilə aldıqları xüsusi kodu Cin kart abunəçilərinə verə bilərlər. Cin kart abunəçiləri bu kodu 5555 qısa nömrəsinə göndərməklə hədiyyə olunan dəqiqələri əldə edəcəklər. Qeyd edək ki, hədiyyə olunan dəqiqələr 3 gün ərzində istifadə olunmalıdır. Balansda olan hədiyyə dəqiqələrin qalığını *777# “YES” əməliyyatı vasitəsi yoxlamaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç