“AzərTürk Bank müştərilərin gözü ilə” | Banco.az

“AzərTürk Bank müştərilərin gözü ilə”

Bir müddət öncə də elan olunduğu kimi, “Azər Türk Bank müştərilərin gözü ilə” adlı video-layihə həyata keçirilib.

Layihədə Bankla uzun müddət əməkdaşlıq etmiş və yeni əməkdaşlığa başlamış müştərilər iştirak edib.

“Azər Türk Bank müştərilərin gözü ilə” layihəsinin məqsədi müştərilərin Azər Türk Bankın xidmət səviyyəsindən nə dərəcədə razı qaldıqlarını müəyyənləşdirmək, Bankla davamlı əməkdaşlığın sirrini müştərilərin dilindən eşitmək olub. Layihə çərçivəsində bankın ayrı-ayrı müştəriləri ilə video-müsahibələr hazırlanıb. Bankın daimi müştəriləri niyə məhz Azər Türk Bankı seçdiklərindən danışmış, yaddaqalan xatirələrini bölüşmüş, Bankın gələcək fəaliyyəti ilə bağlı arzu və təkliflərini dilə gətirmişlər.

Peşəkar çəkiliş qrupu tərəfindən hazırlanmış video-müsahibələri izləyicilərə təqdim edirik. Video-müsahibələri həmçinin Azər Türk Bankın sosial şəbəkələrdəki korporativ səhifələri vasitəsilə də izləmək mümkündür. Azər Türk Bank bu maraqlı layihəyə qoşulan, onun ərsəyə gəlməsində yardımçı olan hər kəsə təşəkkürünü bildirir.

Ən sərfəli kredit üçün müraciət et

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

 

Ən sərfəli krediti almaq üçün müraciət et