“AzeriCard” “Visa payWave” ekvayrinqinin tətbiqi üzrə işləri başa çatdırıb | Banco.az

“AzeriCard” “Visa payWave” ekvayrinqinin tətbiqi üzrə işləri başa çatdırıb

“AzeriCard” prosesinq mərkəzi “Visa payWave” ekvayrinqinin tətbiqi üzrə işləri başa çatdırıb. Bu barədə mərkəzin məlumatında qeyd edilir.

““Visa payWave” texnologiyası saniyələr ərzində malların və xidmətlərin haqlarını kassada ödənilməsi üçün imkan verir. Bunun üçün “Visa payWave” kartının sahibi öz kartını sadəcə həmin texnologiyanı dəstəkləyən terminala yaxınlaşdırır. “Visa payWave” texnologiyaların sayəsində “AzeriCard”ın sistemində xidmət olunan banklar ticarət və xidmət müəssisələrinə təmassız kartların qəbulunu təşkil etmək üçün öz xidmətlərini təklif etmək imkanları əldə edirlər. Ticarət və xidmət müəssisələri “Visa payWave” kartların qəbuluna başlayaraq müştərilərə daha yüksək və sürətli xidmət göstərilməsini, kassalarda növbələrin və nəğd vəsaitləri ilə keçirilən əməliyyatların azalmasını və nəhayət müştərilərin loyallığının əldə olunmasını təmin edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

“Yaxın gələcəkdə “AzeriCard” “Visa payWave” kartlarının istehsalı üçün nəzərdə tutulmuş bütün işləri sona çatdırmağa planlaşdırır və beləliklə, “Visa payWave” həm kart, həm də teminal tərəfindən tam olaraq dəstəklənəcək”, - deyə məlumatda vurğulanır.

“AzeriCard” prosesinq şirkəti Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et