Azercell üzrə ödəmələri ExpressPay terminallarında ödəyin | Banco.az

Azercell üzrə ödəmələri ExpressPay terminallarında ödəyin

ExpressPay ödəniş terminallarına Azercell üzrə ödəmələr əlavə olunub. Artıq 050 və 051 ilə başlayan mobil nömrə sahiblərini balanslarını ExpressPay terminalları vasitəsilə artıra bilərlər.

Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur. 

Ən sərfəli krediti almaq üçün müraciət et