Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları ilə 28 milyondan çox əməliyyat aparılıb | Banco.az

Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları ilə 28 milyondan çox əməliyyat aparılıb

2016-cı il ərzində Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları ilə 28427115 əməliyyat yerinə yetirilib. Əməliyyatların ümumi dövriyyəsi 4 milyard manatdan çox olub. Aktiv ödəniş kartlarının sayı hazırda 1308384 olan Bankın 763 ATM-i fəaliyyətdədir.Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11300 POS terminalı müştərilərin istifadəsindədir.

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır.“VİSA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz Azərbaycan Beynəlxalq Bankı tətbiq etməyə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, “VİSA İnternational” şirkəti ilə müştərək şəkildə “Sıfırməsuliyyət” (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

 

Ən sərfəli krediti almaq üçün müraciət et