Azərbaycan Beynəlxalq Bankından müştərilərə xoş xəbər | Banco.az

Azərbaycan Beynəlxalq Bankından müştərilərə xoş xəbər

Azərbaycan Beynəlxalq Bankı “SMS-xəbərdarlıq” xidməti üzrə tariflərdə böyük dəyişikliklər edib. Əvvəllər ayda 1.18 manatlıq abunə haqqı ilə təklif edilən bu xidmət indi VISA və Master Cardın Gold, Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card ödəniş kartlarının sahibləri üçün tamamilə pulsuz olub. Digər ödəniş kartlarının sahibləri isə bu xidmətdən indi cəmi 0.40 aylıq abunə haqqı ilə faydalana bilərlər. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı həmçinin digər bir sıra məhsul və xidmətlər üzrə də tarifləri optimallaşdırıb və beləliklə, xidmətlərini müştərilər üçün daha sərfəli edib. 

 “SMS-xəbərdarlıq” xidməti müştəriyə ödəniş kartı üzrə keçirilən bütün әmәliyyatlar barәdә real vaxt rejimindә SMS şəklində bildirişlər almaq imkanı verir. Kart hesabına vəsait daxil olanda, yaxud hesabdan vəsait çıxanda müştərinin mobil telefonuna dərhal bu barədə SMS göndərilir.  Beləliklə, müştəri bu xidmət vasitəsilə öz kart hesabını 24/7 rejimində nəzarət altında saxlamış olur. Azərbaycan Beynəlxalq Bankının “SMS-xəbərdarlıq” xidmətinə bankın bankomatları vasitəsilə qoşulmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud  937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et