Azərbaycan Beynəlxalq Bankı SİBOS 2016 beynəlxalq sərgisində iştirak edir | Banco.az

Azərbaycan Beynəlxalq Bankı SİBOS 2016 beynəlxalq sərgisində iştirak edir

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il bir ölkədə təşkil etdiyi ənənəvi SİBOS sərgi-konfransı bu il İsveçrənin Cenevrə şəhərində işə başlayıb. Bank sektoru üzrə dünyanın ən böyük sərgisi sayılan bu tədbirdə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankı da öz stendi ilə iştirak edir.

Məlumat üçün bildirək ki, belə bir sərgi-konfransın keçirilməsinə 1978-ci ildən başlanıb. Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən bu tədbir ümumdünya bank-maliyyə sektorunun mühüm nailiyyətlərindən sayılır.

Bu sərgi-konfransa iri bankların, maliyyə təşkilatlarının, eləcə də beynəlxalq maliyyə sektoru üçün avadanlıq və proqram təminatı istehsalçılarının və təchizatçılarının təmsilçiləri qatılır. Burada sektor üçün mühüm əhəmiyyət kəsb edən məsələlər, inkişaf istiqamətləri, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilir, təcrübə mübadiləsi aparılır. Regionun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankının təmsilçiləri də tədbir çərçivəsində dünyanın bir sıra banklarının təmsilçiləri ilə işgüzar görüşlər keçirərək müzakirələr aparıblar. SİBOS sərgi-konfransı gələn il Kanadanın Toronto şəhərində təşkil olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et