Azərbaycan Beynəlxalq Bankı Azərbaycan İpoteka Fondunun müvəkkil bankı oldu | Banco.az

Azərbaycan Beynəlxalq Bankı Azərbaycan İpoteka Fondunun müvəkkil bankı oldu

“AzərbaycanİpotekaFondu” ASC Azərbaycan Beynəlxalq Bankını ipoteka kreditlərinin verilməsi üzrə müvəkkil banklar siyahısına daxil edib.

İpoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditinmaksimumhəcmi 100 min manatdır. Adi ipoteka kreditlərinin müddəti illik 8%-lə 25, güzəştli ipoteka kreditlərinin müddəti isə illik 4%-lə 30 ilə qədərdir. Daha ətraflı: https://www.ibar.az/fiziki-sexslere/ipoteka-kreditleri-aif/

Ən sərfəli kredit üçün müraciət et

İpoteka krediti almaq üçün müştərilər https://e-ipoteka.az/ Elektron İpoteka Portalında əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar. 

Ən sərfəli krediti almaq üçün müraciət et