Azər-Türk Bankdan növbəti xoş xəbər "FİNCA Azerbaijan" əməkdaşları üçün! | Banco.az

Azər-Türk Bankdan növbəti xoş xəbər "FİNCA Azerbaijan" əməkdaşları üçün!

Artıq "FİNCA Azerbaijan" əməkdaşları da digər həmkarlarımız kimi 50,000 AZN qədər 1 illik 15%, 2 illik 17% və 3 illik 18% olan kreditlərdən istifadə edə biləcəklər. Azər-Türk Bank AR Mərkəzi Bank, “ Finca Azerbaijan” və ölkəmizdə yerləşən digər bankların əməkdaşları üçün 1 illik 15%, 2 illik 17% və 3 illik 18% təşkil edən özəl “Həmkarım Krediti” təklif edir. Qeyd edək ki, 15,000 AZN qədər girovsuz və 50,000 AZN qədər girov qarşılığında kreditlər Azərbaycan Respublikasının vətəndaşlarına və Dövlət Miqrasiya Xidməti tərəfindən 1 illik icazə vəsiqəsi olan və müqavilə əsasında işləyən əcnəbi vətəndaşlara təklif edilir.

Əgər Siz də Azərbaycan Respublikasının Mərkəzi Bankı, "FİNCA Azerbaijan"  yaxud ölkəmizdə fəaliyyət göstərən banklardan birində işləyirsinizsə Azər-Türk Bankın filiallarından birinə lazımi sənədlərlə yaxınlaşıb, Həmkarım krediti üçün müraciətinizi edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Həmkarım krediti barəsində daha ətraflı məlumat əldə etmək üçün qeyd edilmiş  (012) 945 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Nəzərinizə çatdıraq ki, Bankımız Türkiyə Respublikasının Ziraat Bankı, Azərbaycan Respublikasının Aqrarkredit Səhmdar Kredit Təşkilatı, Almaniyanın Ziraat Bank İnternational AG və Turan Bank ASC tərəflərindən təsis edilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et