Azər Türk Bank "Zima" uşaq musiqi festivalının sponsorudur | Banco.az

Azər Türk Bank "Zima" uşaq musiqi festivalının sponsorudur

Azər Türk Bank korporativ sosial məsuliyyət missiyasına sadiqlik nümayiş etdirərək daha bir layihənin iştirakçısı olub. "Zima" Uşaq Estrada Musiqisi Festivalının sponsorlarından biri kimi çıxış edir. 6-16 yaş arası istedadlı uşaq və yeniyetmələrin potensial yaradıcılıq qabiliyyətini üzə çıxarmağa xidmət edən bu layihə onların peşəkarların əhatəsində qısa zamanda böyük təcrübə toplamaları baxımından mühüm əhəmiyyət kəsb edir. Festivalın final mərhələsi dekabrın 17-də Heydər Əliyev Sarayında baş tutacaq.

Azər Türk Bank müntəzəm olaraq uşaq və gənclərin şəxsi inkişafının təmin edilməsi, onların gələcək fəaliyyətləri üçün stimul yaratmaq məqsədi daşıyan təşəbbüsləri dəstəkləyir, ictimai-sosial mənada xeyir gətirə biləcək layihələrin həyata keçirilməsinə diqqət ayırır.

Ən sərfəli kredit üçün müraciət et

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.azsaytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et