"Azər Türk Bank" SIBOS 2016 sərgisində iştirak etmişdir | Banco.az

"Azər Türk Bank" SIBOS 2016 sərgisində iştirak etmişdir

Ölkənin aparıcı banklarından biri olan "Azər Türk Bank" İsveçrənin Cenevrə şəhərində keçirilən SİBOS 2016 Maliyyə Sənayesi Sərgi-konfransında Azərbaycanı təmsil edir.

1978-ci ildən bəri hər il müxtəlif ölkələrdə keçirilən sərgi dünyanın maliyyə icması üçün ən mühüm tədbirlərdən biridir. 

Hər il olduğu kimi bu il də dünya maliyyə bazarının gələcəyinin formalaşdırıldığı SIBOS 2016-da bank sektorunun nəhəngləri hesab edilən banklar iştirak edir.

Maliyyə bazarları üçün olduqca əhəmiyyətli hesab olunan bu tədbirdə, bir çox aktual məsələlərə toxunulmuş, maliyyə sektorunda baş verən dəyişikliklər, qlobal miqyasda ödəniş proseslərinin inkişafında innovasiyaların rolu, biznes proseslərində risklərin minimum səviyyəyə endirilməsi istiqamətində yeni imkanlar, habelə beynəlxalq maliyyə bazarlarının hazırkı vəziyyəti barəsində müzakirələr aparılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Dünya miqyaslı belə bir tədbirdə "Azər Türk Bank" da öz stendi ilə iştirak edib. Öz stendi ilə digər maliyyə qurumlarının təmsilçilərinin marağını özündə toplaya bilmişdir. "Azər Türk Bank"ın nümayəndələri onlarla işgüzar görüşlər keçirmiş və Azərbaycan bank sektorunda baş verən yeniliklər, islahatlar barəsində məlumatlar vermişlər.

Qurulmuş dostluq münasibətləri ölkə iqtisadiyyatına və əməkdaşlıq əlaqələrinə müsbət mənada təsir göstərəcəkdir. Xatırladaq ki, 1978-ci ildən keçirilən SİBOS-un təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). Növbəti il tədbir Kanadanın Torontoşəhərində təşkil olunacaq.

 

Ən sərfəli krediti almaq üçün müraciət et