Azər Türk Bank müştərilərə yeni və daha ucuz ödəniş kartı təklif edir | Banco.az

Azər Türk Bank müştərilərə yeni və daha ucuz ödəniş kartı təklif edir

Azər Türk Bank əmək haqq layihəsi çərçivəsində növbəti yenilik etdi. Bank müştərilərinə MasterCard Debet növlü ödəniş kartı təqdim etməyə hazırdır. Ancaq yenilik təkcə bundan ibarət deyildir. 

Bu kartların satış qiymətləri əvvəllər istifadədə olan Maestro kartlarından daha sərfəli olacaqdır. Bank Maestro kartlarının istifadəçisi olan müştərilərinə yeni kartları eyni şərtlərlə, amma daha ucuz qiymətlərlə təklif edir.

Yeni "MasterCard Debet" kartı "MC Maestro" kartından fərqli olaraq, tam funskionallı bir kart növüdür və onu ödəniş sistemi əhatə edən istənilən ölkədə həm nağd, həmdə nağdsız əməliyyatlar üçün məhdudiyyətsiz istifadə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladırıq ki, Azər Türk Bankın əmək haqqı kartları ilə ölkə daxilində istənilən bankın bakomatından vəsait çıxararkən komissiya tutulmur.

Ən sərfəli krediti almaq üçün müraciət et